“İldönümləri, milli bayramları birgə keçirmək diasporçuluq deyil”
Tarix: 2 May 2012 >Şərhlər:0http://tezadlar.az/index.php?type=xebergoster&id=18756
Zaur Əliyev: ”Təəssüf ki, diaspor
təşkilatlarımızın lobbiçilikstrategiyası yox dərəcəsindədir“
“Diaspor və Lobbi” Elmi Araşdırmalar Mərkəzinin sədri, analitik, Dr. Zaur Əliyevin ”Təzadlar”a müsahibəsi
- Zaur bəy, Azərbaycanın diaspor strategiyasından lobbi strategiyasına keçid prosesinə münasibətiniz necədir?
- İlk növbədə, bir məsələyə diqqət yetirək. Azərbaycan diasporu hazırda lobbi strategiyasına keçid məsələsinə tam hazır deyil. İmkanlar böyükdür, biz bu prosesə qoşulsaq, etnik lobbilər içində tam güc əldə edə bilərik. Lakin bizim diasporumuz hələ də öz imkanlarını bu istiqamətdə tam formalaşdırmayıb. çünki bu gün dünyanın bir çox ölkəsində yaşayan soydaşlarımız etnik təşkilati strukturların yaradılmasında fəal iştirak etmək, yaxud geri qayıtmaq arzusu, həmçinin uğurlu inteqrasiya və etnik təşkilatların fəaliyyətində fəal iştirakdan boyun qaçırma kimi üç müxtəlif həyati mövqe içərisindədirlər. Bir qayda olaraq, Avropa və Amerika ictimaiyyətinə tamam adaptasiya olunan azərbaycanlılar qrupuna aid olma faktı həmin mühitdə etnikliyə əsaslandırılmış sosial şəbəkə, yaxud hər hansı “diaspor” strukturlarının təşkili üçün şərt deyil. davamı »






